FreeBitco-dan Bitcoin necə qazanılır?

Sistemdə müəyyən kateqoriyalar var. Bu kateqoriyaların nə olduğunu sizə izah edək:

Pulsuz Bitcoin qazan

FREE BTC: Bu kateqoriya Bitcoin qazanacağınız hissədir. Qarşınıza çıxan səhifədə 1-ci qazancın üsulunu göstərəcəyik. Bu hissələrin ingilis dilində olması istifadəçiləri çətinə sala bilər. Lakin nə etmək lazım olduğunu bilsəniz, xarici dil bilgilərinizə ehtiyac yoxdur. Bitcoin qazandıran saytlar arasında 9 milyon üzvü olan FreeBitco xüsusilə seçilir. 1 saat fasilə ilə gün ərzində maksimum 24 dəfə edə bilərsiniz. Yəni, sizə hər 60 dəqiqəyə bir dəfə şans verilir.

Solda olan şəkildə gördükləriniz nə qədər qazana biləcəyinizi göstərir. Təsdiqləmə prosesini aktivləşdirdikdən sonra sistem təsadüfi bir rəqəmi önünüzə gətirəcək və bu sizə nə qədər qazanacağınızı göstərir. 0-dan 9885-ə qədər bir rəqəm çıxarsa, 0.00000016 BTC qazanacaqsınız. Əlbəttə, burada yüksək rəqəmlərin çıxması sizin üçün daha mənfəətli olacaq. 9886 – 9985 arası 0.00000157 BTC, 9986 – 9993 arası 0.00001574 BTC, 9994 – 9997 arası 0.00015736 BTC, 9998 – 9999 arası 0.00157356 BTC və son olaraq 10000 çıxsa, 0.01573564 BTC qazanacaqsınız. Bunun üçün şansınız 10 mində birdir.

WITHDRAW: Bu bölmədən isə Bitcoin ünvanınıza çəkə bilərsiniz. 3 müxtəlif çəkiliş metodu var. Hər bir metodun komissiya dərəcələri fərqlidir.

Leave a Reply