EPUL Virtual Karta sahib olun və onlayn ödənişlərinizi təhlükəsiz edin!

EPUL layihəsi fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan elektron ödəniş sistemidir. İstənilən İnternet istifadəçisi EPUL sistemində qeydiyyatdan sonra sürətli online ödənişlər etmək imkanına malik olur.

Layihənin məqsədi — İnternet üzərindən bank kartları və Pul Kisəsi vasitəsi ilə aparılan ödənişləri hər bir internet istifadəçisi olan şirkətə və şəxsə əlçatan, rahat alətə çevirməkdir.

EPUL Azərbaycanda Android və İOS sistemlərində işləyən-mobil tətbiqi təqdim edən və online rejimdə vəsaitlərin kartdan-karta köçürülməsinə imkan yaradan ilk ödəniş sistemidir. EPUL layihəsi «Paysis» MMC tərəfindən hazırlanmışdır və bu şirkətə məxsusdur.

Cəmi 5 saniyə sərf etməklə EPUL Virtual Karta sahib olun və onlayn ödənişlərinizi təhlükəsiz edin!

Onlayn ödənişlərinizdə əsas kartınızdan istifadə etməyə ehtiyat edirsiniz?

O zaman E-Pul Virtual Kart əldə edin və aşağıdakı üstünlüklərdən yararlanın!

  • Əsas kartınızı ayrı-ayrı alış-veriş və ödəniş saytlarında qeydiyyatdan keçirmədən, təhlükəsiz onlayn ödənişlər edin
  • Kartın balansını Kartdan-karta pul koçürülməsi vasitəsilə və ya E-Pul Kisəsi vasitəsilə artırın
  • Virtual Kartınızın balansındakı məbləği “Cash by Code” funksiyasından istifadə etməklə Bank of Baku-ya məxsus olan ATM-lərdən nağdlaşdırın
  • Bütün ödənişlərinizi E-Pul Virtual Kart vasitəsilə yerinə yetirərək bonuslara sahib olun

Kart məlumatlarını necə əldə etmək olar?

Siz Virtual Kart alan kimi ödəniş qəbzində kartın 16 rəqəmli nömrəsini əldə edirsiniz. Kartın etibarlılıq tarixi və CVV kodu isə E-Pul.az-da qeydiyyatdan keçirdiyiniz mobil telefon nömrənizə SMS vasitəsilə göndəriləcək.

Leave a Reply