Azərbaycanda hansı elektron pulqabı Webmoney ilə əməliyyatları dəstəkləyir?

Azərbaycanda hansı elektron pulqabı Webmoney ilə əməliyyatları dəstəkləyir? Finans.az bu mövzunu araşdırdı.

Ölkəmizdə elektron cüzdan anlayışı yeni olsa da, artıq bu sahədə bir sıra yerli sistemlər fəaliyyət göstərməkdədir. Bura Portmanat, E-pul, Kassam kimi cüzdanlar daxildir.

Elektron cüzdan vəsaitlərin elektron şəkildə saxlanılmasına və onlar vasitəsilə istənilən əməliyyatların həyata keçırilməsinə imkan verir.

Hər üç yerli sistem kommunal, internet, mobil və stasionar telefon ödənişlərini, tv provayder, bank və sığorta xidmətlərini, internet mağazalardakı alışların ödənilməsinin həyata keçirilməsinə imkan verir. Bunun üçün mobil telefona bağlı olan hesab açmaq yetərlidir. Balansın artirilmasi plastik kart və ya ödəniş terminalları vasitəsilə mümkündür.

Bu sistemlər arasında Portmanat yeganə cüzdandır ki, Webmoney sistemi ilə mədaxil və məxaric əməliyyatlarını dəstəkləyir. Nəzərə alsaq ki, Webmoney-nin Azərbaycandakı agent bankı Azərbaycan Beynəlxalq Bankı bir neçə il öncə sistemlə ələqalərini dayandırıb, Portmanat faktiki olaraq bu imkanı tanıdan yeganə sistemdir.

Vəsaitlərin Webmoney sisteminə mədaxil və məxarici real vaxt rejimində həyata keçir. Portmanat elektron cüzdanından pul çıxarışı istifadəçinin hesabına bağlı olan Expressbank Portmanatkartı vasitəsilə həyata keçirilir. Bu zaman məbləğ 100 manatdan (AZN) kiçik olduqda 1 AZN + məbləğin 4%-i, 100 AZN və daha çox olduqda 5% komissiya tutulur. Gündəlik limitin maksimal həddi isə 800 AZN-dir.

Kartın sifarişi sayt üzərindən həyata keçirilir və 3 iş günü ərzində, ərizədə seçilən filial və ya şöbədən əldə olunur.

Leave a Reply