İNTERNETDƏ GƏLİR ƏLDƏ ETMƏYİN YOLLARI

Mobil Uyğulamalar (Apps) Yarat

Mobil Uyğulamalar (Apps) YaratSmartfonlar artıq hər yerdədir. Bundan sonra da daha geniş yayılacağı prognoz edilir və buna görə də mobil uyğulamalara (applications) tələbat durmadan artmaqdadır. Google-un Android və Apple şirkətinin iPhone marketində hər gün saysız yükləmələr edilir. Heç lazımsız uyğulamalarla da maraqlananlar tapılır, yüklənilir. Mobil uyğulama yaradıcıları heç bir əlavə xərc çəkmədən öz işlərini pula çevirə bilər. Bu biznesin heç bir anbar, çatdırılma, quraşdırma, zəmanət və başqa xərcləri yoxdur. İşlərinizdən uğurlu alınan olarsa ödənişli edə bilərsiniz və əslində bu çox kiçik məbləğ olacaq. Ancaq doğurdan da lazımlı program yarada bilsəniz, misal üçün, 1 dollar gəlir əldə etdiyiniz uyğulamanı 1 milyon insan yükləyərsə 1 milyon qazana bilərsiniz. Ödənişsiz yayılmış uyğulamalarınızda Google AdMob reklamları yerləşdirmək də qazanc yollarından biridir. Şirkətlər üçün uyğulama yaratmaqla ən dəbdəbəli peşə sahiblərindən birinə çevrilərsiniz.


E-Ticarət Saytı Yarat

E-ticarət üçün online shopun olması çox önəmlidir. PrestaShopOpenCardShopify və Woocommerce kimi asan proqramların köməyilə böyük investisiya qoymadan tez bir zamanda öz online dükanınızı özünüz qura bilərsiniz. Bundan sonra Dropship Commerce kimi xidmətin sayəsində siz nə məhsulun yerləşdirilməsi üçün anbar, nə də son müştəriyə çatdırılması üçün daşıma problemlərini düşünməyə bilərsiniz.

 Professional Freelancer Xidmətləri

İnternet üzərindən Freelancing professional bacarıqları nəğd pula çevirməyin daha bir çıxış yoludur. Freelancer bazası, ya da əlavə işçilər axtaran özəl proyeklərin siyahısını toplayan saytlar var. Onlardan biri Upwork web-dizaynerlər, mobil uyğulama yaradıcıları, proqramçılar, İT və şəbəkə mühəndisləri, araşdırmaçılar, analitiklər, memarlar, arxitektorlar, qrafik dizaynerlər, rəssamlar, content yazarlar, tərcüməçilər, hüquqşünaslar, administratorlar, mühasiblər, marketoloqlar, satış və müştəri məmnuniyəti işçilərinin qeydiyyatını aparır. Öz iş qrafikini özün seçirsən və gördüyün işdən qazandığın gəlirin 2%-ə qədərini sayta xidmət haqqı kimi ödəyirsən.

Ya da sırf tərcümə üzrə ixtisaslaşmış saytlardan tərcüməçi kimi uyğun işlər tapa bilərsiniz. Onlardan ən tanınmışlar kimi Translated.comTranslation Cloud və TransPerfect saytlarını göstərə bilərik.

Bloqqer

Maraqlı və qramatik cəhətdən düzgün yazmağı bacarırsansa onda özünü bloqqer kimi də sınaya bilərsən. Bu da çox asan görsənən işlərdən biridir, çünki bloq yazmaq üçün böyük texniki və ya proqram bilikləri tələb olunmur. Yalnız yaxşı xəbərdar olduğun sahə üzrə gözəl bloq yazıları yazaraq böyük pullar qazanmaq olar. Bu ilk baxışdan çox asan görsənsə də hər kəsdə alınmaya bilər: 1-ci tapşırıq çox sayda oxucu kütləsi toplaya bilməkdir. Əgər bunu etməyi bacaracaqsansa, ondan sonrası asandır. Aşağıdakı üsullardan birindən, ya da bir neçəsindən birlikdə istifadə etməklə ziyarətçi sayını pula çevirmək olar:

  • Google AdSense Reklamları – bu reklamlar tematik olduğuna görə eyni zamanda bloqun kontentini genişlətmək üçün də yararlıdır.
  • Vasitəçilik (Affiliate) Proqramları – sizə inanan ziyarətçilərə doğru məsləhətlər verməklə onları partnyorluq etdiyiniz şirkətlərin saytına yönləndirirsiniz. Şirkət sizə hər bir gətirilmiş alıcının alışlarına görə komisyon ödəyir. Belə əməkdaşlıqdan həm bloqqer, həm satış edən şirkət, həm də oxucu razı qalır.
  • Reklam Xarakterli Ödənişli Bloq Yazıları – Müəyyən kiçik ödənişlər qarşılığında növbəti bloq yazınızda hər hansısa brendi yada salmaqla, ya da dərindən incələməklə reklam xidməti göstərə bilərsiniz.
  • Reklam Banerlərinin Yerləşdirilməsi – birbaşa olaraq tanınmış marka sahibləri ilə də görüşə bilərsiniz. Əgər bloq saytınızda reklam yerləşdirmək istəyən sahibkar tapsanız bu stabil gəlir ola bilər.
  • Member Areas – Üzvlük sataraq saytın müəyyən hissəsini yalnız ödənişli şəkildə görə bilən izləyicilərdən qazanmaq üçün doğurdan da dəyərli bloq yaratmaq lazımdır.

youtube bloqer.

Youtube üzərindən maraqlı  kontentlər üzrə videolar hazırlayaraq baxış sayından pul qazanmaq olar. Daha etrafli

Fayl upload edərək qazanmaq

İnternetdə pul qazandıran saytlar çoxdur. Lakin hamısı etibarlı və dəqiq deyil. Hotfilerapidshare kimi fayl paylaşma saytlarına upload etdiyiniz faylların endirilmə sayına görə hər 500 download, hər 1000 download kimi səviyyədə də pul qazana bilərsiniz. Premium hesabla sizin yüklədiyiniz faylı 1000 insan yükləsə hesabınıza 0.80 dollar gəlir gəlir.

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir