yatirimsiz qazanc

Frilans işlə pul qazan

Frilans. Frilans muzdlu şəkildə işləyən və uzun müddətli perspektivdə hər-hansı bir sahibkarın yanında çalışmağa can atmayan şəxsdir. Bu termin daha çox yazmaq biznesi ilə əlaqədar meydana çıxmışdır. Siz jurnal və qəzetlərə məqalələr təqdim edirsiniz və sözlərin sayına görə ödəniş alırsınız. Bugünkü gündə frilans sahəsində bir çox insan çalışır. Bunun ən əsas səbəbləri aşağıdakılardır:

  • Siz öz qrafikinizin rahatlığı əsasında işləyə bilərsiniz;
  • Siz evdən işləyə bilərsiniz;
  • Başınızın üzərində müdiriniz yoxdur.

İnternetdə asanlıqla onlayn frilans peşələri tapa biləcəyiniz digər sahələr: tərcümə, proqramlaşdırma, veb səhifələrin dizaynı, konsulsatiya və sairdir.

Müştərilərə Xidmət. Bir çox biznes sahələri öz məhsullarını müştəri xidmətləri şöbələri vasitəsilə dəstəkləyir. Bir çox hallarda bu o deməkdir ki, şirkətdə müştərilərdən gələn telefon zənglərinə cavab verən insanlar vardır. Daha çox sayda biznes müəssisələri həm də öz veb səhifələri və elektron poçt vasitəsilə müştəri xidmətlərini elektron şəkildə təklif edirlər. Veb səhifəsində müştəri xidmətlərinə canlı söhbət vasitəsilə satışlar və dəstək aid edilə bilər. Bundan istifadə etmək üçün, müştəri canlı şəxslə söhbəti tələb edən linkə tıklayır və müştəri xidməti üzrə nümayəndə sorğuya cavab verərək söhbət pəncərəsi vasitəsilə müştəri ilə danışır. Elektron poçt vasitəsilə müştəri xidməti üçün müştəri Veb səhifəsində formanı doldurur və yaxud müəyən bir ünvana birbaşa elektron məktub göndərir. 

Canlı söhbət və elektron poçtun yalnız etibarlı internet bağlantısı və Veb brauzerə malik olmaqdan asılı olduğuna görə biznes müəssisələrinin çoxu bu xidmətlər üçün evdən fəaliyyət göstərən işçiləri işə götürməkdə maraqlıdırlar. Nəticədə, Talk2Rep kimi müştəri xidmətləri üzrə podratçı şirkətlər daxil olan və gedən telefon zənglərindən əlavə elektron poçt və canlı söhbət dəstəyini də əhatə edirlər. Bu xidmət üçün ödəniş dərəcələri minimal və ya komissiya haqlarına əsaslanan olduğundan, əgər sizin belə bir işə istedadınız vardırsa, onlayn müştəri xidmətlərinə getdikcə artan tələbat onu etibarlı gəlir mənbəyinə çevirir.

Onlayn sorğular. Onlayn sorğularda iştirak edə bilərsiz. Onlayn sorğular sizə çox pul qazandırmır, lakin həm də çox vaxtınızı aparmır və sizə nağd pul lazım olduğu zaman köməyə çatır. Daha geniş tövsiyə üçün Pulsuz Onlayn Sorğular vasitəsilə Necə Pul Qazanmaq haqqında oxuyun.

Fotoşəkillər Satmaq. İnternet ehtiyat fotoşəkillərə olan tələbin böyük sıçrayışla artmasına səbəb olub. Onlayn KİV-lərin inkişafı ilə media şirkətləri və satış məntəqələrinin sayı artdığından yüksək keyfiyyətli fotoşəkillərə həddən artıq ehtiyac yaranmışdır. Məsələn, Yuri Arkurs hər kəsin foto ehtiyaclarını ödəyə biləcək bir şəxsdir. Dünyanın ən çox fotoşəkil satan fotoqrafı kimi o, gündə 24 saat hər 8 saniyədən bir şəkil satır (BU isə hər il 4 milyondan artıq şəkildən çox edir). Arkurs sadəcə gördüyü iş üzrə ən yaxşı olmaqla hər il milyonlarla dollar pul qazanır. Dünyada bir çox böyük fotoqraflar vardır və baryer sadəcə kameraya sahib olmaq qədər aşağıdır, lakin Arkurs davamlı, yüksək keyfiyyətli və yaradıcı obrazlar üzrə internetdə onlayn nüfuz yaratmağı bacarıb. Əgər siz peşəkar fotoqrafsınızsa (yaxud hətta sadəcə bu işlə hobbi kimi məşğul olursunuzsa), siz öz şəkil ehtiyatınızı internetdə satmaq imkanı haqqında düşünməlisiniz.

Mobil telefonların sınaqçısı olmaq. iPhone modellərini sınaqdan keçirmək və səhvləri aşkar etmək üçün vaxtı və istəyi olan şəxslər öz səylərinə görə pul ilə mükafatlandırıla bilər. uTest belə saytlardan biridir. Bu sayta abunə olmuş şəxslər də indiyə qədər həyata keçirdikləri sınaqlar əsasında müəyyən reytinq qazana bilər. Daha yaxşı nüfuz daha səmərəli tətbiqetmə sınağı imkanlarına çıxışı artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.